Yuxarı

ABŞ-ın dövlət katibi: "Mançesterdəki terrorla bağlı məlumatların sızmasına görə məsuliyyəti üzərimizə götürürük"

ABŞ-ın dövlət katibi: "Mançesterdəki terrorla bağlı məlumatların sızmasına görə məsuliyyəti üzərimizə götürürük"
Reks Tillerson: İnformasiyanın yersiz şəkildə yayılmasını qətiyyətlə pisləyirik

Bakı. 26 may. REPORT.AZ/ "Rəsmi Vaşinqton Mançesterdə törədilən terror hücumu ilə bağlı Böyük Britaniya kəşfiyyatının məlumatlarının ABŞ mediasına sızmasına görə bütün məsuliyyəti üzərinə götürür".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

"Məlumatın sızmasına görə bütün məsuliyyəti üzərimizə götürürük və baş verənlərə görə təəssüflənirik. İnformasiyanın yersiz şəkildə yayılmasına gəlincə, bu addımı qətiyyətlə pisləyirik", - o vurğulayıb.

Dövlət katibi sızmaya rəğmən, Böyük Britaniya və ABŞ-ın kəşfiyyat xidmətlərinin gələcəkdə də əməkdaşlıq edəcəyinə ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyada 22 nəfərin ölümü, 60-dan çox insanın yaralanması ilə nəticələnən terror hücumu ilə bağlı istintaq davam etdirilir. Amma "The New York Times" nəşri stadiondan partlayış törədən terrorçu-kamikadzenin şəklini əldə edərək onu dərc edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi