"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb Partlayışı terrorçu-kamikadzenin də törədə biləcəyi ehtimal edilir
Digər ölkələr
23 May , 2017 05:28
Mançester arenada terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

Bakı. 23 may. REPORT.AZ/ "Mançester arena" stadionunda amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışdan sonra iki şübhəli şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bundan əlavə polis əməkdaşları tərəfindən stadionda olan bir şübhəli paket zərərsizləşdirilib.

Polisin məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.

Ehtimala görə, konsertə gələn çoxsaylı yeniyetmələrin olduğu stadionun foyesində mismarla bərkidilmiş partlayıcı qurğu işə düşüb.

Britaniya polisi hadisəni terror aktı kimi nəzərdən keçirir. Partlayışı terrorçu-kamikadzenin də törədə biləcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi