Yuxarı

Malta 64 miqrantı 4 ölkəyə göndərəcək

Malta 64 miqrantı 4 ölkəyə göndərəcək

Malta "Alan Kurdi" gəmisinin göyərtəsindəki miqrantları Avropa İttifaqının 4 ölkəsinə göndərəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib. 

Onun sözlərinə görə, Avropa Komissiyası və Maltanın səmərəli əməkdaşlığı nəticəsində 64 miqrant Almaniya, Fransa, Portuqaliya və Lüksemburq arasında bölüşdürüləcək: "Onların heç biri bu yükü tək daşıya bilməyən Maltada qalmayacaq".

Qeyd edək ki, Sea-Eye alman qeyri-hökumət təşkilatının gəmisi həyəcan siqnalı aldıqdan sonra Liviya sahillərində göyərtəsinə 64 miqrant qəbul edib. İtaliya miqrantların qəbulundan imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi