Malidə terrorçular 47 dinc sakini güllələyərək qətlə yetiriblər

Malidə terrorçular 47 dinc sakini güllələyərək qətlə yetiriblər Bakı. 14 dekabr. REPORT.AZ/ Malinin şərqində terrorçuların hücumu nəticəsində ikisi uşaq olmaqla 47 dinc sakin qətlə yetirilib.
Digər ölkələr
14 Dekabr , 2018 07:52
Malidə terrorçular 47 dinc sakini güllələyərək qətlə yetiriblər

Bakı. 14 dekabr. REPORT.AZ/ Malinin şərqində terrorçuların hücumu nəticəsində ikisi uşaq olmaqla 47 dinc sakin qətlə yetirilib.

"Report" "MaliJet" portalına istinadən xəbər verr ki, hücum Qao regionunun iki yaşayış məntəqəsində baş verib.

Bildirilib ki, onlarla terrorçu motosikletlərlə gələrək evlərə od vurublar və sakinləri güllələyiblər.

Avqustda Malidə yaraqlıların hücumu zamanı 4 hərbçi ölüb.

Son xəbərlər

Orphus sistemi