Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb

Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb Ölənlərdən bri Fransa vətəndaşı olub
Digər ölkələr
19 İyun , 2017 00:57
Malidə kurort kompleksinə silahlı hücum olub, iki nəfər öldürülüb
Courtesy İmage

Bakı. 19 iyun. REPORT.AZ/ Malinin paytaxtı Bamakoda naməlum şəxslərin kurort kompleksinə hücumu nəticəsində iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Öldürülənlərdən birinin Fransa və Qabon vətəndaşlığı olub. Biz hazırda digərinin vətəndaşlığının təsdiqi mərhələsindəyik", — deyə idarə təmsilçisi Baba Sisse bildirib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi