Malidə İŞİD liderlərindən biri zərərsizləşdirilib

Malidə İŞİD liderlərindən biri zərərsizləşdirilib Bakı. 29 avqust. REPORT.AZ/ Fransanın silahlı qüvvələri Malidə xüsusi əməliyyat keçirib.
Digər ölkələr
29 Avqust , 2018 03:26
Malidə İŞİD liderlərindən biri zərərsizləşdirilib

Bakı. 29 avqust. REPORT.AZ/ Fransanın silahlı qüvvələri Malidə xüsusi əməliyyat keçirib.

"Report"un məlumatına görə, bu barədə "France24" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, hava əməliyyatı nəticəsində İŞİD terror qruplaşmasının rəhbərlərindən biri zərərsizləşdirilib. Məlumata görə, bu, Məhəmməd Ağa Almunerdir. Hava zərbəsinin endirildiyi yerdə həmçinin onun mühafizəçisinin, bir qadının və yeniyetmənin cəsədləri aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Qeyd edilir ki, Fransanın Müdafiə Nazirliyi hava zərbəsi ilə bağlı rəsmi açıqlama yayacaq. 

Son xəbərlər

Orphus sistemi