Malidə mehmanxanada girov götürülənlərdən 80 nəfəri azad edilib

Malidə mehmanxanada girov götürülənlərdən 80 nəfəri azad edilib Türkiyə XİN-in məlumatına görə, mehmanxanada "Türk Hava Yolları"nın 7 nümayəndəsi olub
Digər ölkələr
20 Noyabr , 2015 16:57
Malidə mehmanxanada girov götürülənlərdən 80 nəfəri azad edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Malinin paytaxtı Bamako şəhərində "Radisson Blue" mehmanxanasında silahlıların girov götürdüyü 170 nəfərdən 80-i xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat nəticəsində azad edilib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, mehmanxanada "Türkish Airlines"in ("Türk Hava Yolları") 7 nümayəndəsi olub. Onların hamısının azad edildiyi haqda məlumat yayılıb.

Məlumata əsasən, azad edilən girovlar arasında Fransanın "Air France" şirkətinin 12 əməkdaşı da olub.

Türkiyə KİV-inin məlumatına görə, "Radisson Blue" hoteli "The Rezidor Otel Group" hotellər şəbəkəsinə daxildir. Qrupun direktoru bildirib ki, girov götürülənlərin 140-ı müştəri, 30-u mehmanxana işçisidir.

Basqını "əl-Qaidə"yə bağlı "əl-Murabitun" qruplaşmasının törətdiyi ehtimal olunur. Bu qrup cari ilin avqustunda da mehmanxanaya basqın edərək oradakıları girov götürmüşdü. Qrupun başçısı "Tək göz" ləqəbli Əlcəzair əsilli Muxtar Belmuxtar sayılır. O, Əfqanıstandakı partlayışda gözünün birini itirib.

İlkin məlumata əsasən, basqın nəticəsində biri Fransa, ikisi Mali vətəndaşı olmaqla, 3 mühafizəçi həyatını itirib.

Məlumata görə, girov götürülənlər arasında Türkiyə, Fransa və Çin vətəndaşları da var.

Girovların azad olunması əməliyyatının davam etdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi