Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 134-ə çatıb - YENİLƏNİB

Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 134-ə çatıb - YENİLƏNİB Şənbə günü Malinin mərkəzi hissəsində yerləşən yaşayış məntəqəsinə silahlı hücum nəticəsində fulbe (fulani) xalqının öldürülən nümayəndələrinin sayı 134 nəfərə çatıb.
Digər ölkələr
24 Mart , 2019 08:30
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 134-ə çatıb - YENİLƏNİB

Şənbə günü Malinin mərkəzi hissəsində yerləşən yaşayış məntəqəsinə silahlı hücum nəticəsində fulbe (fulani) xalqının öldürülən nümayəndələrinin sayı 134 nəfərə çatıb.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar var.

"Franc-Press" yazır ki, hücumun arxasında doqon tayfası nümayəndələrinin durduğu ehtimal edilir.


***22:21

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bankas kommunasının merinə istinadən "Reuters" məlumat yayıb.

Merin sözlərinə görə, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

"Oqossaqu kəndi tamamilə dağıdılıb", - deyə mer bildirib. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.

Son xəbərlər

Orphus sistemi