Maldiv adalarında fövqəladə vəziyyət elan edilib

Maldiv adalarında fövqəladə vəziyyət elan edilib Hökumət rəhbərliyi milli təhlükəsizlik ilə əlaqədar 30 günlük fövqəladə vəziyyət elan edib
Digər ölkələr
4 Noyabr , 2015 13:32
Maldiv adalarında fövqəladə vəziyyət elan edilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Maldiv adalarında fövqəladə vəziyyət elan edilib. "Report" AFP-yə istinadən xəbər verir ki, hökumət rəhbərliyi milli təhlükəsizlik ilə əlaqədar olaraq 30 gün müddətində fövqəladə vəziyyət tətbiq edəcək.

Məsələ ondadır ki, sentyabr ayının sonlarında ölkə prezidenti Abdulla Yamin Həcc ziyarətindən qayıqla qayıdarkən partlayış olub. Prezidentin xanımı və köməkçisinin yüngül xəsarət aldığı hadisə ilə bağlı istintaq başlayıb.

Oktyabrın 24-də isə araşdırma çərçivəsində ölkənin vitse-prezidenti Əhməd İdib həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi