Yuxarı

Maldiv adalarında Ali Məhkəmənin hakimləri həbs olunublar

Maldiv adalarında Ali Məhkəmənin hakimləri həbs olunublar
© Reuters

Bakı. 6 fevral. REPORT.AZ/ Maldiv adalarında dərinləşən siyasi böhran fonunda polis ölkənin Ali Məhkəməsinin iki hakimini həbs edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, həbs olunanlar Abdulla Səid və Əli Həmiddir.

Daha əvvəl Maldiv adalarının Prezidenti Abdulla Yaminin ölkədə fövqəladə vəziyyət elan etdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət hökumətin Ali Məhkəmənin həbsdə olan 9 müxalifət liderini azad etmək qərarına riayət etməkdən imtinasından sonra elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi