​Malaziya sahillərində 43 miqrant meyiti tapılıb

​Malaziya sahillərində 43 miqrant meyiti tapılıb Onlar cümə axşamı qəzaya uğrayan qayığın sərnişinləri olublar
Digər ölkələr
6 Sentyabr , 2015 11:25
​Malaziya sahillərində 43 miqrant meyiti tapılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Malaziyanın qərb sahillərində qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğradığı yerdə xilasedicilər 43 meyit aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə ölkənin Hilir Perak dairə polisinin rəis müavini Şuhayli Mohd Zain məlumat verib.

O təsdiq edib ki, ötən sutka ərzində gəmidə olan sərnişinlərdən birini belə xilas etmək mümkün olmayıb. Polisin sözlərinə görə, qəza nəticəsində sağ qalanların sayı 20 nəfər təşkil edib.

Qayıqda ümumilikdə 80 qeyri-leqal miqrant olub. Gəmi İndoneziya bayrağı altında üzüb və cümə axşamı Malaziya sahillərində batıb.

Son xəbərlər

Orphus sistemi