Yuxarı

Malayziyada sərnişin avtobusu aşıb, 27 nəfər xəsarət alıb

Malayziyada sərnişin avtobusu aşıb, 27 nəfər xəsarət alıb
Qəza zamanı avtobusda 55 nəfər olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Malayziyanın Sunqai Petani şəhərində paytaxt Kuala-Lumpura gedən sərnişin avtobusu yol qəzasına uğrayıb.

"Report" "The Straits Times" nəşrinə istinadən xəbər verir ki, avtobus yol ilə hərəkət zamanı yolayrıcı maneəyə çırpılıb və dərəyə yuvarlanaraq çevrilib.

Qəza zamanı avtobusda 55 nəfər olub, onlardan 27-si yaralanıb, 4 nəfərin xəsarəti ağırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi