Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb Anbarda beş yarımavtomat-tapança, tapança-pulemyot və "Colt M4" karabini tapılıb
Digər ölkələr
4 May , 2017 08:40
Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

Bakı. 4 may. REPORT.AZ/ Malayziyanın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD terror qruplaşmasının silah anbarını aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Star" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, silah anbarı ölkənin şimal-şərqində müəyyən edilib. Polis güman edir ki, ekstremistlər terror aktlarının törədilməsinə hazırlıq məqsədilə il ərzində arsenalı gücləndiriblər.

Anbarda beş ədəd yarımavtomat-tapança, tapança-pulemyot və "Colt M4" karabini tapılıb.

Son xəbərlər

Orphus sistemi