Bakı. 22 fevral. REPORT.AZ/ Malayziyanın şərqində yerləşən Saravak ştatının 7.9 mindən çox əhalisi mövsümi daşqınlar səbəbilə evlərini tərk etməyə məcbur olub.
"Report"-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə ştatın Milli Təhlükəsizlik Şurasından məlumat verilib.
Məlumata əsasən, təxliyyə edilənlər müvəqqəti olaraq yaradılan 47 yardım mərkəzinə yerləşdiriliblər.