Yuxarı

Malayziyada 46 milyon sakinin məlumatları Honkonq və Niderland hakerləri tərəfindən oğurlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Malayziyada mobil operatorların 46 milyondan çox istifadəçisinin məlumatlarını oğurlayan hakerlər sistemlərə Honkonq, Niderland və Omandan hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə yerli milli polis idarəsiin nrəhbəri Məhəmməd Fuzi Haruna istinadən "The Straits Times" nəşri məlumat yayıb.

"Məlumatlar təxmini olaraq İP-ünvanları Oman, Niderland və Honkonqda qeydiyyatda olan üç elektron poçt hesabından yayılıb", — deyə polis rəisi bildirib.

Onun sözlərinə görə, hazırda hüquq-mühafizə orqanları bu hesabların sahiblərini müəyyənləşdirməklə məşğuldurlar. Hücumun bir neçə nəfər tərəfindən həyata keçirildiyi və ya kibercinayətkarın təklikdə hərəkət etdiyi hələ ki, məlum deyil.

Şəxsi məlumatların oğurlanması 2014-cü ildə baş verib və Asiyada ən böyük belə cinayət olub. Cinayətkarlar 46,2 milyona yaxın istifadəçinin telefon nömrələri, ev ünvanları və şəxsi sənəd nömrələrini ələ keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi