Malayziya sahillərində göyərtəsində 31 nəfərin olduğu gəmi yoxa çıxıb

Malayziya sahillərində göyərtəsində 31 nəfərin olduğu gəmi yoxa çıxıb Hazırda axtarış-xilasetmə işləri aparılır
Digər ölkələr
29 Yanvar , 2017 07:11
Malayziya sahillərində göyərtəsində 31 nəfərin olduğu gəmi yoxa çıxıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Göyərtəsində 31 nəfərin, o cümlədən 20 çinli turistin olduğu gəmi Malayziya sahillərində itib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" Çinin Baş Konsulluğuna istinadən xəbər verir.

Məlumata görə, Sabah ştatının inzibati mərkəzi olan Kota-Kinabalu şəhərindən Menqalum adasına yola düşmüş gəmi ilə əlaqə yanvarın 28-də kəsilib.

Agentliyin məlumatına görə, yanvarın 29-da Çinin Kota-Kinabaludakı Baş Konsulluğu gəminin göyərtəsində 20 çinli turistin olması xəbərini təsdiqləyib.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi