Malayziya hökuməti KXDR liderinin ögey qardaşının meyitini qarşı tərəfə verəcək

Malayziya hökuməti KXDR liderinin ögey qardaşının meyitini qarşı tərəfə verəcək Baş nazirin müavini: "Bütün lazımi prosedurlar həyata keçiriləndən sonra meyitin qarşı tərəfə verilməsi həyata keçiriləcək"
Digər ölkələr
16 Fevral , 2017 11:33
Malayziya hökuməti KXDR liderinin ögey qardaşının meyitini qarşı tərəfə verəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Malayziya hökuməti Kim Çen Namın meyitini KXDR-ə verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi bildirib.

O, bütün lazımi prosedurlar həyata keçiriləndən sonra meyitin qarşı tərəfə verilməsinin həyata keçiriləcəyini əlavə edib.

Qeyd edək ki, KXDR lideri Kim Çen Inın ögey qardaşı olan Kim Çen Nam bu həftə Kuala Lumpur hava limanında öldürülüb.

Son xəbərlər

Orphus sistemi