Yuxarı

Makron Suriyada baş verənləri Avropa üçün məğlubiyyət adlandırıb

Makron Suriyada baş verənləri Avropa üçün məğlubiyyət adlandırıb
O, Suriya münaqişəsinin həllində Fransanın diplomatik liderliyinə nail olacağını bildirib

Bakı. 20 mart. REPORT.AZ/ "İrəli" hərəkatının təsisçisi, Fransada prezident seçkiləri yarışmasında liderlərdən biri və ölkənin sabiq iqtisadiyyat naziri Emmanuel Makron Suriyada baş verən son hadisələri Fransa və Avropa üçün məğlubiyyət adlandırıb.

"Report" xəbər verir ki, bunu siyasətçi martın 19-da "Frans-2" telekanalının efirində deyib.

"Hələbdə baş verənlər - bu, açığı, Fransa və Avropa üçün böyük məğlubiyyətdir", - deyə o əlavə edib.

Siyasətçi, həmçinin qeyd edib ki, Suriya münaqişəsinin həllində Fransanın "diplomatik liderliyi"nə nail olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi