KİV: Fransa Prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək

KİV: Fransa Prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.
Digər ölkələr
19 Aprel , 2019 15:22
KİV: Fransa Prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək

Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQ-yə dəstək verəcəyini deyib. Fransa Prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib. 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qruplar siyahısına daxil edib. 

Son xəbərlər

Orphus sistemi