Makron: "Fransa daha Əsədin hakimiyyətdən getməsinə təkid etmir"

Makron: "Fransa daha Əsədin hakimiyyətdən getməsinə təkid etmir" "Bundan sonra əsas məqsəd terrorizmin məhv edilməsi olmalıdır"
Digər ölkələr
14 İyul , 2017 06:19
Makron: Fransa daha Əsədin hakimiyyətdən getməsinə təkid etmir

Bakı. 14 iyul. REPORT.AZ/ Fransa Suriya prezidenti daha Bəşər Əsədin hakimiyyətdən getməsini təkid etmir. Bundan sonra əsas məqsəd terrorizmin məhv edilməsi olmalıdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa lideri Parisdə amerikalı həmkarı Donald Tramp ilə görüşdən sonra mətbuat konfransında deyib.

Siyasətçi qeyd edib ki, Paris Suriya barəsində doktrinasını dəyişib. Əsas məqsəd terror qruplarının məhv edilməsidir. Əsədin istefası daha Fransa üçün vacib şərt deyil.

Danışıqların yekununda Fransa və ABŞ prezidentləri Suriyanın gələcəyi ilə bağlı "yol xəritəsi"nin hazırlanması üçün əlaqə qrupunun yaradılmasını təklif ediblər. Qrupa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, regionda maraqlı olan ölkələr və Dəməşqin nümayəndəsi daxil olacaq.

Son xəbərlər

Orphus sistemi