Makedoniyada etirazçılar parlament binasına daxil olublar - VİDEO

Makedoniyada etirazçılar parlament binasına daxil olublar - VİDEO Etirazlara parlamentin spikeri vəzifəsinə alban spikerin seçilməsi səbəb olub
Digər ölkələr
28 Aprel , 2017 00:08
Makedoniyada etirazçılar parlament binasına daxil olublar - VİDEO
mkd.mk

Bakı. 28 aprel. REPORT.AZ/ Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin spiker seçilməsi səbəb olub.

Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi