Yuxarı

Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər

Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər
Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, pontifik və M.Abbasın söhbəti 23 dəqiqə davam edib, tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. 

Söhbətin əsas mövzusu Vatikanda Fələstin səfirliyinin açılması məsələsi olub. Fələstin dövlət başçısı rəsmi açılışda iştirak etmək üçün gəlib. 

"Bu, Papanın Fələstin xalqını və sülhü sevdiyinin əlamətidir", - Mahmud Abbas Roma Papası ilə görüşdən sonra bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi