Yuxarı

Mahmud Abbas: "Fələstin İsraillə əldə edilmiş razılaşmalardan imtina edə bilər"

Mahmud Abbas: "Fələstin İsraillə əldə edilmiş razılaşmalardan imtina edə bilər"

Bakı. 13 dekabr. REPORT.AZ/ "Qüds ətrafında baş verən hadisələr bu cür davam edəcəyi təqdirdə, Fələstin İsraillə əldə edilmiş razılaşmalardan, həmçinin Oslo razılaşmasından imtina etmək qərarındadır.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekununa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.

O, İƏT Zirvə toplantısını məsələyə dəstək vermək üçün həlledici tədbirlər görməyə, İsrailə qarşı iqtisadi və siyasi tədbirlər qəbul etməyə və İsrail mallarını boykot etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi