Nikolas Maduronun tərəfdarları Karakasda mitinqə hazırlaşırlar

Nikolas Maduronun tərəfdarları Karakasda mitinqə hazırlaşırlar Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları Karakasın mərkəzində mitinqə toplaşırlar.
Digər ölkələr
16 Mart , 2019 22:36
Nikolas Maduronun tərəfdarları Karakasda mitinqə hazırlaşırlar

Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları Karakasın mərkəzində mitinqə toplaşırlar.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, bu gün müxalifət də həmçinin bir sıra tədbirlər keçirmək niyyətindədir. Milli Məclisin deputatları günün ikinci yarısında Karakas bələdiyyələrində silsilə görüşlər hazırlayıblar. Müxalifət lideri Xuan Quaydo da eyni zamanda Valensiyada, təxminən Karakasdan 130 kilometrdə tərəfdarları ilə görüşə hazırlaşır.  

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro ölkədə yeni hərbi təlimlərin başlandığını elan edib.

Son xəbərlər

Orphus sistemi