Yuxarı

Maduro: Venesuela turizm və ixrac potensialını inkişaf etdirəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Venesuela turizm potensialını inkişaf etdirmək və milli məhsullarını dünya bazarlarına çıxarmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi günü Karakasda "Ölkənin markası: Venesuela" proqramının təqdimatında deyib.

"Biz Venesuelanın sülh və inkişafı üçün əlimizdən gələni edəcəyik ki, ölkəmizi daha yaxşı bir gələcək ilə təmin edək", - deyə o bildirib.

Maduro xarici valyutanın ölkəyə daxil olmasını artırmaq məqsədilə ixrac edilən məhsulların çeşidini və miqdarını artırmağın zəruriliyini qeyd edib.

O bu proqramın təqdim edilməsinin ölkənin beynəlxalq arenada təzyiqlərə məruz qaldığı zaman xüsusilə vacib olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi