Yuxarı

Maduro Venesuelanın işlərinə qarışmamaqla bağlı Trampa ünvanlanan məktubu imzalayıb

​Maduro imzatoplama kampaniyasında iştirak edib

Bakı. 8 fevral. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro Birləşmiş Ştatların prezidenti Donald Trampa ünvanlanmış Venesuelanın işlərinə qarışmamaqla bağlı imzatoplama kampaniyasında iştirak edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, o, Karakasda Bolivar meydanında imza toplama mərkəzlərindən birində kütləvi müraciətə imza atıb.

Kampaniyanın hədəfi ən azı 10 milyon imza toplamaqdır.

Daha əvvəl Venesuela prezidenti Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi