Maduro bütün həyatını Venesuela xalqına həsr edəcəyinə söz verib

Maduro bütün həyatını Venesuela xalqına həsr edəcəyinə söz verib Venesuela prezidenti Nikolas Maduro bildirib ki, bütün həyatını Venesuela xalqına həsr edəcək.
Digər ölkələr
21 May , 2019 02:50
Maduro bütün həyatını Venesuela xalqına həsr edəcəyinə söz verib

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, bütün həyatını Venesuela xalqına həsr edəcək.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz Amerika imperializminə deyirik ki, xalq heç vaxt, heç bir sanksiyaya təslim olmayacaq…Həlli lazım olan bütün problemləri həll edəcəyik", - deyə Maduro tərəfdarları qarşısında çıxışında bildirib.

"Bizə irəliyə doğru hərəkət etməliyik… Xatırlayırsınızsa, ötən ilin 4 avqustunda məni partlayıcı maddəylə dolu dronun köməyi ilə öldürməyə çalışırdılar. Məni kim qorudu? Səmalar, bizim Allahımız və əgər o məni qorudusa və icazə verdisə, onda bu nə isə üçündür və mən bilirəm nə üçündür - bütün həyatımı xalqımızın xoşbəxtliyinə, vətənimizin çiçəklənməsinə xidmət etməkdən ötrüdür", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi