Madriddə Avropa Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə konfrans keçirilib

Madriddə Avropa Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə konfrans keçirilib Konfransın sonunda İspaniyanın səhiyyə və sosial xidmətlər naziri Alfonso Alonso çıxış edib
Digər ölkələr
19 Noyabr , 2015 07:18
Madriddə Avropa Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə konfrans keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Madriddə Avropa Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə XIII jurnalistika konfransı keçirilib.

İspaniyada fəaliyyət göstərən nüfuzlu media qurumlarının redaktorlarının iştirakı ilə “Redaksiyaların təkamülü” və “Yeni redaksiyalar: yeni yanaşma?” mövzularında müzakirələr aparılıb. Yeni medianın, sosial şəbəkələrin inkişafı fonunda ənənəvi medianın vəziyyəti, operativlik və dəqiqlik arasında seçim, medianın cəmiyyət üzərindəki təsiri kimi mövzular ciddi polemikalara səbəb olub.

Konfransın sonunda İspaniyanın səhiyyə və sosial xidmətlər naziri Alfonso Alonso çıxış edib.

Son xəbərlər

Orphus sistemi