Yuxarı

Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb

Madrid və London Cəbəllütariqlə bağlı dörd memorandum imzalayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniyaBöyük Britaniya Cəbəllütariq məsələsi ilə bağlı protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Piriney krallığının xarici işlər naziri Jozep Borrel deyib.

"Bu gün İspaniya və Birləşmiş Krallıq Cəbəllütariqin [Aİ-nin tərkibindən çıxması] ilə bağlı razılaşmalar haqqında protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzaladılar. Bu dörd memorandum tütün və digər məhsullar, vətəndaş haqları, ətraf mühit və polis və gömrük məsələlərində əmədaşlığa aiddir", - deyə nazir "Twitter"də yazıb.

Bundan əvvəl Britaniya və İspaniyanın Cəbəllütariq üzrə razılığa gəldiyi məlumat verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi