Yuxarı

Madrid metrosunda atışma olub

Madrid metrosunda atışma olub
Hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ İspaniyanın paytaxtı Madrid şəhərindəki metro xəttlərindən birində vaqonda atəş açılması səbəbindən sərnişinlər evakuasiya edilib. 

Bu barədə "Report" İspaniya KİV-inə istinadən xəbər verir.

Şahidlər qatarın sonuncu vaqonunda iki sərnişin arasında mübahisə yaşandığını bildiriblər. Sərnişinlərdən biri tapança çıxararaq tavana atəş açıb. Mübahisə edən şəxslərin hər ikisi həbs olunub, zərərçəkən yoxdur.

Yerli polis hər iki sərnişinin sərxoş vəziyyətdə olduğunu bildirib.

Metroda hərəkət hər iki istiqamətdə dayandırılıb.

Hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi