Bakı. 27 iyun. REPORT.AZ/ Madaqaskarın paytaxtı Antananarivuda qumbaranın partlaması nəticəsində 2 nəfər ölüb, ən azı 84 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən AFP məlumat yayıb.
Partlayış pulsuz konsertin keçirildiyi stadionda baş verib.
Yerli hökumət stadiondakı partlayışı terror aktı adlandırıb.
İyunun 26-da Madaqaskarda ölkənin müstəqilliyinin 56-cı ildönümünə həsr olunmuş bayram tədbirləri təşkil edilib.