Təşkilatdan bildirilib ki, artıq 80 nəfər bu xəstəliyə yoluxub, onlardan yarısı ölüb. Xəstəliyin əsasən paytaxt Antananarivoda geniş yayılma təhlükəsinin olduğunu bəyan edən ÜST ölkənin səlahiyyətli şəxslərini xəstəliyin qarşısını almaq üçün virus daşıyan həşəratların öldürülməsi üçün müxtəlif dərmanlardan istifadə etməyi tövsiyə edib.
Xəstəliyə ilk dəfə avqust ayında paytaxtdan 200 kilometr uzaqlıqda yerləşən ərazidə ölən kişidə rast gəlinib. Rəsmilər deyir ki, əgər xəstəlik vaxtında aşkar olunarsa, bunu antibiotiklərlə müalicə etmək mümkündür.