Yuxarı

Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb

Madaqaskarda leysan yağışlar üzündən insan tələfatı baş verib

Madaqaskarın şimal-qərb bölgəsini cənginə alan leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, ölkənin Milli Risqlər və Fəlakətlər üzrə İdarəetmə Bürosundan çəltik tarlalarının su altında qalması və ərzaq tədarükünün məhv olması səbəbindən kütləvi aclıq və ərzaq məhsullarının bahalaşması təhlükəsinin ortaya çıxdığı bildirilib.

Belə ki, təbii fəlakət nəticəsində ölkənin şimal-qərbini qalan bölgələrlə birləşdirən yolun 700 metrlik hissəsi dağılıb.

Yaranmış vəziyyətlə bağlı müxalifət ölkə prezidenti Andri Racelinanı fövqəladə vəziyyət tətbiq etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi