Yuxarı

Madaqaskarda "Ava" qasırğası nəticəsində onlarla insan ölüb

Madaqaskarda "Ava" qasırğası nəticəsində onlarla insan ölüb
3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb

Bakı. 9 yanvar. REPORT.AZ/ 5–7 yanvar tarixlərində Madaqaskarda cərəyan edən "Ava" tropik siklonu nəticəsində ən azı 29 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

Həmin tarixlərdə küləyin sürəti 140–190 km/saata çatıb. Adanın şərq sahilində 13 min insan təxliyyə edilib. Təqribən 16 min məktəbli yanvarın 11-dək daşqın və sürüşmə təhlükəsi səbəbindən dərslərdən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi