Macarıstan Qüdsdə ticarət nümayəndəliyini açıb

Macarıstan Qüdsdə ticarət nümayəndəliyini açıb Macarıstanın xarici işlər naziri Peter Siyyarto çərşənbə axşamı Qüdsdə (Yerusəlim) diplomatik ticarət nümayəndəliyinin rəsmi açılışını edib.
Digər ölkələr
20 Mart , 2019 00:52
Macarıstan Qüdsdə ticarət nümayəndəliyini açıb

Macarıstanın xarici işlər naziri Peter Siyyarto çərşənbə axşamı Qüdsdə (Yerusəlim) diplomatik ticarət nümayəndəliyinin rəsmi açılışını edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.

"Baş nazir Binyamin Netanyahu (İsrail) və Macarıstanın XİN rəhbəri Peter Siyyarto bu gün Yerusəlimdə macar diplomatik ticarət nümayəndəliyinin açılış mərasimində iştirak ediblər. Onlar obyektə baxış keçiriblər, qırmızı lent kəsiblər və lövhə üzərindən örtüyü birgə götürüblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ticarət nümayəndəliyi Macarıstanın İsraildəki səfirliyinin bölməsidir, orada üç diplomat işləyəcək.

Son xəbərlər

Orphus sistemi