Yuxarı

Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub

© RIA Novosti

Bakı. 15 fevral. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, bu barədə qərar son anda qəbul edilib.

A.Lukaşenko fevralın 16-da “Şərq-Qərb münasibətləri” mövzusunda panel müzakirələrdə iştirak etməli imiş. Onun əvəzinə tədbirə ölkənin Almaniyadakı səfiri Denis Sidorenko qatılacaq.

Qeyd edək ki, bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayıb. Tədbir fevralın 17-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi