Yuxarı

Lukaşenko son üç ildə ilk dəfə Avropaya səfər edəcək

​Lukaşenko son üç ildə ilk dəfə Avropaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə rəsmi səfər edəcək.

“Report” RİA “Novosti” istinadən xəbər verir ki, bu, onun Avropa Birliyinin ərazisinə 2016-cı ildən sonra edəcəyi ilk səfər olacaq.

Belə ki, Aleksandr Lukaşenko 11 noyabrda Avstriyaya səfər edəcək. Səfər iki gün davam edəcək.

Qeyd edək ki, Lukaşenko ona qarşı tətbiq olunan sanksiyalar səbəbindən Avropa İttifaqı ölkələrinə səfər edə bilmirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi