"Lufthansa" təyyarəsi təcili İstanbula qayıtmalı olub

"Lufthansa" təyyarəsi təcili İstanbula qayıtmalı olub Pilot yük bölümündən şübhəli səslər gəldiyini bildirib
Digər ölkələr
10 May , 2015 21:28
Lufthansa təyyarəsi təcili İstanbula qayıtmalı olub

Bakı. 10 May. REPORT.AZ/ "Lufthansa" şirkətinin Airbus A321 təyyarəsi İstanbul aeroportundan havaya qalxdıqdan bir müddət sonra geri qayıtmalı olub.

"Report"un Azadlıq radiosuna istinadən xəbər verir ki, bunu təyyarənin pilotu istəyib. O, yük bölümündən şübhəli səslər gəldiyini əsas gətirib.

Frankfurta uçan təyyarə 50 dəqiqədən sonra yenidən İstanbul hava limanında yerə enib.

Polis yük bölümündə axtarış aparsa da, şübhəli heç nə tapmayıb.

Son xəbərlər

Orphus sistemi