​Lufthansa şirkətinin pilotları tətil keçirəcəklər

​Lufthansa şirkətinin pilotları tətil keçirəcəklər Tətil Almaniya aeroportlarından bütün uzaq məsafəyə reysləri əhatə edəcək
Digər ölkələr
7 Sentyabr , 2015 11:51
​Lufthansa şirkətinin pilotları tətil keçirəcəklər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları sentyabrın 8-də tətil keçirəcəklər. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Vereinigung Cockpit" həmkarlar ittifaqından bildirilib.

Tətil sabah səhərdən başlayacaq və Almaniya aeroportlarından həyata keçirilən bütün uzaq məsafəli reysləri, ilk növbədə, kontinentlərarası uçuşları əhatə edəcək.

Tətil çərşənbə günü başa çatacaq.

Son xəbərlər

Orphus sistemi