Lozannada Suriya üzrə danışıqlar başa çatıb

Lozannada Suriya üzrə danışıqlar başa çatıb Görüş iştirakçılarının birgə bəyanatının verilməsi planlaşdırılmır
Digər ölkələr
15 Oktyabr , 2016 22:04
Lozannada Suriya üzrə danışıqlar başa çatıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Lozannada ABŞ, Rusiya və digər ölkə rəsmilərinin Suriya üzrə danışıqları başa çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, danışıqlar 4,5 saat davam edib.

Toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, habelə Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir, İraqdan olan nazirlər iştirak ediblər.

Görüş iştirakçılarının birgə bəyanatının verilməsi planlaşdırılmır. Məlumata görə, Misirin, İraqın və Qətərin xarici işlər nazirləri artıq toplantının keçirildiyi binanı tərk ediblər.

Son xəbərlər

Orphus sistemi