Los-Ancelesdə naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb

Los-Ancelesdə naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb O, bundan sonra özünü güllələyib
Digər ölkələr
2 Avqust , 2017 08:04
Los-Ancelesdə naməlum şəxs Çin konsulluğunun binasına atəş açıb
Vesti.kz

Bakı. 2 avqust. REPORT.AZ/ Naməlum şəxs Çin Xalq Respublikasının Los-Ancelesdəki (Kaliforniya ştatı) konsulluğunun binasına atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Los Angeles Daily News" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hücum edən şəxs təxminən 60 yaşında olub. O, konsulluğun binasına avtomobilindən atəş açıb və bundan sonra özünü güllələyib.

İnsident zamanı konsulluğun əməkdaşları və ya ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi