Los-Anceles limanında vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb

Los-Anceles limanında vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb Ölən pilot və limanda işləyən fotoqraf olub
Digər ölkələr
6 Yanvar , 2017 08:15
Los-Anceles limanında vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında vertolyot Los-Anceles şəhərinin limanı ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın Sahil Mühafizəsi məlumat yayıb.

"Biz dalğıclar dalğaqıran yaxınlığında, suyun dərinliyində (Sakit okean) vertolyotun qalıqlarını aşkar etdikdən sonra axtarış işlərini dayandırdıq", - deyə Sahil Mühafizəsindən bildirilib.

Onun məlumatına görə, hadisə nəticəsində pilot Kristofer Rid və limanın fotoqrafı Maykl Castis həlak olub.

Son xəbərlər

Orphus sistemi