Londonun Vestminster körpüsündəki insident terror aktı kimi qiymətləndirilib

Londonun Vestminster körpüsündəki insident terror aktı kimi qiymətləndirilib Faktla bağlı "terrorçuluq" maddəsi üzrə iş açılıb
Digər ölkələr
22 Mart , 2017 21:23
Londonun Vestminster körpüsündəki insident terror aktı kimi qiymətləndirilib

Bakı. 22 mart. REPORT.AZ/ Böyük Britaniya parlamenti yaxınlığında baş verən insidentin istintaqı "terrorçuluq" maddəsi üzrə aparılır.

"Report" xəbər verir ki, bu barədə məlumat London polisinin "Twitter" səhifəsində yerləşdirilib.

Hadisənin başqa başvermə xarakteri barədə məlumat əldə olunacağı təqdirdə, iş tövsif oluna bilər.

İlkin məlumata görə, hadisə bu şəkildə baş verib: Vestminster körpüsündə avtomobil ilə hərəkətdə olan naməlum kişi maşını piyadaların üzərinə sürməyə başlayıb. O, təqribi olaraq 8-12 nəfəri vurub, lakin sonda maneəyə çırpılıb. Daha sonra kişi maşından çıxıb və bıçaqla polislərdən birinə xəsarət yetirib, ardınca polisin həmkarları caniyə atəş açaraq onu öldürüblər.

Son xəbərlər

Orphus sistemi