Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırıb

Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırıb Conson öz fikirləri ilə Liviya, ABŞ və İspaniya sakinlərini təhqir edib
Digər ölkələr
12 Noyabr , 2017 14:54
Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Londonun meri Sadiq Xan Britaniyanın XİN rəhbəri Boris Consonu istefaya çağırıb.

"Report" xəbər verir ki, o, "BBC"ə müsahibəsində belə bir təkliflə çıxış edib.

Onun sözlərinə görə, Conson əsas vəzifəsini - diplomat olmaq borcunu yerinə yetirə bilməyib. Londonun meri xüsusi olaraq qeyd edib ki, Conson öz fikirləri ilə Liviya, ABŞ, həmçinin İspaniya sakinlərini təhqir edib.

Xatırladaq ki, ötən ay yerli KİV Böyük Britaniyanın baş naziri Tereza Meyin Boris Consonun vəzifəsindən uzaqlaşdırılması mümkünlüyünü nəzərdən keçirdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi