Londonda metro işçiləri tətilə başlayır

Londonda metro işçiləri tətilə başlayır Nəqliyyat işçiləri əmək haqlarına baxılmasını tələb edirlər
Digər ölkələr
6 Avqust , 2015 01:31
Londonda metro işçiləri tətilə başlayır

Bakı. 6 avqust. REPORT.AZ/ İngiltərənin paytaxtı Londonda bu gün səhərdən etibarən metro işçiləri tətilə başlayır.

"Report" BBC-yə istinadən xəbər verir ki, əmək haqlarına baxılmasını tələb edən nəqliyyat işçiləri 24 saat boyunca iş yerlərinə çıxmayacaq.

Şəhər əhalisinin əksəriyyətinin metrodan istifadə etdiyi Londonda sərnişinlərin çıxılmaz vəziyyətdə qalmamaları üçün onlara alternativ nəqliyyatdan istifadə etmələri məsləhət görülüb. 

Son xəbərlər

Orphus sistemi