Londonda məsciddə terror aktı törətmiş şəxs ömürlük həbs cəzasına məhkum edilib

Londonda məsciddə terror aktı törətmiş şəxs ömürlük həbs cəzasına məhkum edilib Bakı. 2 fevral. REPORT.AZ/ Böyük Britaniya paytaxtı Londonda Vuliç Rayon Məhkəməsi 48 yaşlı Darren Osbornu ömürlük həbs cəzasına məhkum edib.
Digər ölkələr
2 Fevral , 2018 17:54
Londonda məsciddə terror aktı törətmiş şəxs ömürlük həbs cəzasına məhkum edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Böyük Britaniya paytaxtı Londonda Vuliç Rayon Məhkəməsi 48 yaşlı Darren Osbornu ömürlük həbs cəzasına məhkum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, ötən il iyunun 19-da Londonda məsciddə qəsdən adam öldürməkdə və qəsdən adam öldürməyə cəhd göstərməkdə təqsirkar bilinib.

Məhkumun azadlığa çıxmaq hüququ olmadan həbsxanada minimum qalmaq müddəti 43 ildir.

Qeyd edək ki, D.Osborn idarə etdiyi avtomobili qəsdən namazdan çıxan müsəlmanların üzərinə sürmüşdü. Nəticədə 51 yaşlı Makram Əli ölmüş, daha bir neçə nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi