Londonda iğtişaşlar zamanı bir polis xəsarət alıb

Londonda iğtişaşlar zamanı bir polis xəsarət alıb Şəhərin küçələrinə çıxan nümayişçilər polisə butulka və fişəng atıblar
Digər ölkələr
29 İyul , 2017 21:13
Londonda iğtişaşlar zamanı bir polis xəsarət alıb

Bakı. 29 iyul. REPORT.AZ/ Britaniya polisi Londonda dinc etiraz aksiyasından sonra başlayan iğtişaşlar zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, şəhərin küçələrinə çıxan nümayişçilər polisə butulka və fişəng atıblar, zibil qutularını çeviriblər. Bundan başqa, onlar yolların birində barrikada qurublar.

Agentliyin məlumatına görə, toqquşmalar zamanı ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.

Londonda etiraz aksiyası 20 yaşlı Rəşan Çarlzın dünyasını dəyişməsindən sonra başlayıb. Mərhumun qohumları onun ölümündə polisi ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi