Londonda İslam Mərkəzinin qarşısında naməlum şəxs maşını kütlənin üzərinə sürüb

Londonda İslam Mərkəzinin qarşısında naməlum şəxs maşını kütlənin üzərinə sürüb Bakı. 19 sentyabr. REPORT.AZ/ Londonun qərbindəki Oksgeyt Leyn səmtində yerləşən İslam Mərkəzinin yaxınlığında ötən gecə naməlum sürücü avtomobilini piyadaların üzərinə sürüb.
Digər ölkələr
19 Sentyabr , 2018 12:52
Londonda İslam Mərkəzinin qarşısında naməlum şəxs maşını kütlənin üzərinə sürüb
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Londonun qərbindəki Oksgeyt Leyn səmtində yerləşən İslam Mərkəzinin yaxınlığında ötən gecə  naməlum sürücü avtomobilini piyadaların üzərinə sürüb. 

“Report”un “The Sun” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Hadisə yerindən avtomobillə uzaqlaşan sürücü polis tərəfindən axtarılır. 

Şahidlərin sözlərinə görə, avtomobildəki şəxslər hadisə vaxtı islam əleyhinə şüarlar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi