Yuxarı

Londonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçirib - VİDEO

​Londonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçirib

Böyük Britaniyanın paytaxtı Londonda "Brexit"in on minlərlə əleyhdarı etiraz aksiyası keçirib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Bildirilir ki, aksiyaçılar bu günlərdə baş nazir Boris Consonun Avropa Birliyi ilə ölkənin birlikdən çıxması haqqında imzaladığı razılaşma ilə bağlı referendumun keçirilməsini tələb ediblər.

Eyni zamanda Britaniya parlamentində 1982-ci ildən birinci təcili iclas keçirilib. Deputatlar Consonun Avropa Birliyinə "Brexit" prosesinin daha bir möhləti ilə bağlı xahiş etməsini məcbur edən düzəlişə səs veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi