Londonda "Brexit"ə görə etiraz edən 5 nəfər saxlanılıb

Londonda "Brexit"ə görə etiraz edən 5 nəfər saxlanılıb Britaniya polisi Londonda ölkənin Avropa Birliyinin tərkibindən çıxması əleyhinə keçirilən etiraz aksiyasının beş iştirakçısını saxlayıb.
Digər ölkələr
30 Mart , 2019 06:26
Londonda Brexitə görə etiraz edən 5 nəfər saxlanılıb

Britaniya polisi Londonda ölkənin Avropa Birliyinin tərkibindən çıxması əleyhinə keçirilən etiraz aksiyasının beş iştirakçısını saxlayıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə polisin "Twitter"dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, onlardan ikisi zorakılıq tətbiq etdiyinə görə saxlanılıb. Saxlanılanlardan biri polis zabitinə hücum etməkdə ittiham edilir. Daha bir nəfər isə ictimai yerdə sərxoşluğa və asayiş keşikçilərinə itaətsizlik etdiyinə görə saxılanılıb.

Polisdən bildirilib ki, aksiya iştirakçılarından beşincisi daha əvvəl edilmiş qanunu pozuntusuna görə saxlanılıb.

Qeyd edək ki, "Brexit"lə bağlı vəziyyət Avropa İttifaqının aprelin 10-da keçiriləcək növbədənkənar sammitinin mövzusu olacaq.

Son xəbərlər

Orphus sistemi